“Rusiya ilə “taxıl sazişi”nin bərpasına dair danışıqlar aparmayacağıq”- Aİ

Avropa İttifaqı Rusiya ilə “taxıl sazişi”nin bərpasına dair danışıqlar aparmayacaq.

Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” Brüsseldəki yüksək rütbəli mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Aİ bu məsələdə yalnız Türkiyə və BMT-nin səylərinə arxalanacaq.

“Biz Rusiyanı bu qərara yenidən baxmağa çağırırıq. Lakin Rusiya ilə danışıqlar bizim vəzifəmiz deyil. Rusiyanı razı salmağa çalışmayacağıq. Biz bunun üçün BMT və Türkiyənin göstərdiyi səylərə güvənirik”, – mənbə qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “taxıl sazişi”nə iyulun 17-də xitam verildiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın tələblərinin yerinə yetiriləcəyi təqdirdə Moskva razılaşmalara qayıtmaq imkanını nəzərdən keçirəcək.

Azpost.info

 

Əvvəlki məqalə

Bu il 186 min manat istehlakçılara qaytarılıb

Sonrakı məqalə

“Taxıl sazişi”ni Rusiyasız davam etdirmək cəhdləri riskdir” –