Aİ Rusiyanın dondurulmuş aktivləri ilə bağlı razılığa gəldi- Tarix AÇIQLANDI

Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə qaydası ilə bağlı razılığa gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

Borrelin sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərar qurumun fevralda keçiriləcək növbəti iclasına qədər veriləcək.

“Dekabrda edilən təklifə əsaslanan işi başa çatdırmaq üçün siyasi razılaşmamız var. Bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsinə yönəlib”, – Borrel deyib.

Borrel qeyd edib ki, söhbət yalnız Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən gedir: “Səfirlər səviyyəsində növbəti müzakirələr aparılacaq. Yekun qərarın fevralda veriləcəyi gözlənilir”.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.