“Aİ üzvləri arasında Yaxın Şərq münaqişəsi ilə bağlı vahid mövqe yoxdur”- Jozep Borrel

“İsrail baş naziri Benyamin Netanyahu atəşkəsin zəruri olduğu Qəzza zolağında hərbi əməliyyatları davam etdirmək istəyir”.

Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Jozep Borrel deyib.

“Qorxuram ki, qısa müddətdə atəşkəsə nail olmaq asan olmayacaq”, – Borrel bildirib.

O əlavə edib ki, Avropa İttifaqı üzvləri arasında Yaxın Şərq münaqişəsi ilə bağlı vahid mövqe yoxdur.

Azpost.info

Əvvəlki məqalə

Bakıda sabah gündüzdən dekabrın 2-si səhərədək yağış yağacaq

Sonrakı məqalə

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib