Aİ Macarıstanı səsvermə hüququndan məhrum etmək istəyir- “Financial Times”

Avropa İttifaqına üzv ölkələr Macarıstanı Ukraynaya maliyyə yardımı haqqında saziş bağlamaq üçün səsvermə hüququndan məhrum etmək imkanlarını araşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Nəşr qeyd edir ki, səsvermə hüququnun dayandırılması ilə nəticələnə bilən qanunun aliliyi pozuntularına görə 7-ci maddə adlanan cəza prosedurunun bərpası nəzərdən keçirilir.

Avropa İttifaqı 2007-ci il tarixli Aİ Müqaviləsinin 7-ci maddəsini tətbiq edə bilər. Buna əsasən, ölkə Avropa qanunlarını pozarsa, səsvermə hüququndan məhrum edilə bilər. Bu halda proses istənilən digər Aİ üzvü tərəfindən bloklana bilər.

Azpost.info

Əvvəlki məqalə

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürülüb

Sonrakı məqalə

Latviya mindən çox Rusiya vətəndaşını deportasiya edəcək