Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri iyunun 24-də xarici agentlər haqqında qanunun qəbulu ilə Gürcüstandakı vəziyyətə cavab tədbirlərini müzakirə edəcəklər.
Azpost.info xəbər verir ki, bunu Aİ-nin yüksək səviyyəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
“Nazirlər vəziyyəti və bu cür demokratik geri çəkilmə qarşısında hansı addımlar atacaqlarını müzakirə edəcəklər”, – o deyib.
Jurnalistlərin bazar ertəsi qərarın qəbul edilib-edilməyəcəyini soruşduqda diplomat həmin gün qərarların olmayacağını bildirib: “Müxtəlif variantlar var, üzv dövlətlər bu barədə düşünürlər. Necə reaksiya verə biləcəyimizə dair müzakirələr olacaq”.
Azpost.info