Niyə bəzi insanlar heç vaxt yolu tapa bilmir? –Alimlər beynin "GPS" sistemini araşdırdı

İnsanların bəziləri tanımadığı şəhərdə bir dəfə gəzdikdən sonra yolu asanlıqla yadda saxlayır, digərləri isə hər dəfə eyni küçədə azır. Maraqlıdır ki, bunun səbəbi diqqətsizlik deyil, beynin işləmə mexanizmi ilə bağlıdır.

Azpost.info bildirir ki, neyroloqların araşdırmalarına görə, istiqaməti müəyyən etmək qabiliyyəti beynin hipokamp adlanan hissəsi ilə sıx bağlıdır.

Beyində daxili xəritə var

İlk dəfə 1971-ci ildə alimlər beyində “yer hüceyrələri” (place cells) aşkar ediblər. Daha sonra Norveç alimləri May-Britt və Edvard Moser “şəbəkə hüceyrələri”ni (grid cells) kəşf etdilər. Bu kəşfə görə onlar 2014-cü ildə Nobel mükafatına layiq görüldülər.

Bu hüceyrələr insanın hərəkət etdiyi məkanı xəritə kimi yadda saxlayır.

GPS bizi tənbəlləşdirir?

London Universitet Kollecinin tədqiqatları göstərir ki, naviqasiya proqramlarından həddindən artıq istifadə beynin istiqamət yaddaşını zəiflədə bilər. Çünki marşrutu artıq beyin deyil, telefon müəyyən edir.

Mütəxəssislər bəzən xəritəyə baxmadan tanış küçələrdə gəzməyi tövsiyə edirlər.

Araşdırmalar göstərir ki, kişilər daha çox istiqamət və məsafəyə əsaslanan strategiyadan, qadınlar isə vizual obyektlərdən istifadə edirlər. Lakin alimlər vurğulayırlar ki, bu fərq kiçikdir və təcrübə ilə hər iki üsul inkişaf etdirilə bilər.

Ekspertlər yeni marşrutlarla gəzməyi, xəritəni əvvəlcədən öyrənməyi və telefonun köməyindən yalnız zərurət yarandıqda istifadə etməyi məsləhət görürlər.

Beyin digər əzələlər kimi məşq etdikcə daha yaxşı işləyir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.