Albaniya İranla diplomatik münasibətləri kəsdi- Səfirliyin heyətinə 24 saat vaxt verildi

Albaniya İranı ölkə ərazisində ictimai xidmətlər portalına kiberhücum cəhdində ittiham edib və Tehranla diplomatik münasibətləri dayandırdığını elan edib.

Azpost.info xəbər verir ki, bu barədə Albaniyanın Baş naziri Edi Rama açıqlama verib.

“İxtisaslaşdırılmış qurumlarla koordinasiyada kiberhücumun İran tərəfindən həyata keçirildiyi sübuta yetirildi. Məlum oldu ki, İran Albaniyaya kiberhücum üçün dörd müxtəlif qrupu maliyyələşdirib”, – Baş nazir bildirib.

Onun sözlərinə görə, iyulun 15-də həyata keçirilən kiberhücum uğursuz olub və az zərər vurub.

Baş nazir qeyd edib ki, baş verənlərə görə Albaniya hökuməti İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib: “Qərarla bağlı İran səfirliyinə məlumat verilib. Səfirliyin bütün diplomatik və texniki-inzibati heyətindən 24 saat ərzində Albaniya ərazisini tərk etmək tələb edilib”.

Edi Rama hesab edir ki, kiberhücum dövlət xidmətlərini iflic edə, sistemləri silə və dövlət məlumatlarını oğurlanmasına səbəb ola bilərdi. Ona görə də Albaniya hökuməti tərəfindən verilən qərar kiberhücumun ciddiliyi və təhlükəsinə adekvatdır.

Azpost.info

Əvvəlki məqalə

“Papanin”də narkotacirlərə qarşı daha bir polis əməliyyatı –

Sonrakı məqalə

Daha 502 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib