Albaniyada zəlzələ nəticəsində ölənlərin sayı 9-a çatıb- 600-dən çox insan xəsarət alıb

Albaniyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Top channel” telekanalı məlumat yayıb.

Albaniyanın səhiyyə və sosial müdafiə naziri Oqerta Manasturlu bildirib ki, zəlzələdən sonra ölkənin Tirana, Durresa, Krui və Leji şəhərlərindəki xəstəxanalara tibbi yardımla bağlı 600-dən çox insan müraciət edib.

Məlumata görə, ölənlərdən 2-nin meyiti Qolem rayonunda, biri yetkinlik yaşına çatmayan qız olmaqla 3 nəfərin meyiti Durresdə dağıntılar altından çıxarılıb. Tuman şəhərində 2 nəfər ölüb, 1 nəfər isə özünü eyvandan ataraq hadisə yerində həyatını itirib.

Qeyd edək ki, Bosniya və Hersoqovinada da 5,4 bal gücündə zəlzələ olub.

Şimali Makedoniya, Monteneqro, Serbiya və Kosovo rəhbərliyi xilasedicilər, texnika ilə yardım etməyə hazır olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstan parlamentinə dörd yeni spiker seçilib

Sonrakı məqalə

Qədim Səmərqənd və Buxara şəhərlərinə rəsmi olaraq ipəkçilik mərkəzi statusu verildi