Aleksandr Novak:"Avropada neftə tələbat artır"

Rusiyanın Enerji Nazirliyi bəzi Avropa ölkələrində neftə olan tələbatın artdığını qeyd edib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, tələbata artım Mərkəzi və Qərbi Avropa ölkələrində müşahidə edilir: “Əgər yanacaqdoldurma məntəqələrində tələbatın azalması 70% təşkil edirdisə, bu gün bəzi ölkələrdə bu göstəricinin 60-65%-dək azaldığını görürük”.

O həmçinin xatırladıb ki, may ayından bazardan həddindən artıq təklifi aradan qaldıracaq neft hasilatının azaldılmasına dair “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) çərçivəsində yeni razılaşma qüvvəyə minəcək.

“Bazarda yer alan balanssızlıq, bazar iştirakçılarının mövcud vəziyyətlə bağlı fərqli təsəvvürlərinin olması, bir həftə, ay, rüb ərzində nələrin baş verəcəyi barədə fərqli proqnozların verməsi deməkdir. Lakin ekspertlərin əksəriyyəti belə bir qənaətə gəlir ki, bu gün biz tələbin azalmasının zirvəsindəyik və istənilən halda tələbat bərpa olunacaq”, – deyə A. Novak vurğulayıb.

Onun sözlərinə görə, bu zirvəni neft anbarlarının tamamilə dolmasının qarşısını alaraq keçmək lazımdır.

Qeyd edilir ki, “OPEC+” ölkələrində iri neft şirkətləri ümumiyyətlə hökumət tərəfindən olunan hasilat azalmalarından kənar qalırdı.

Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusdan sağalanların sayı 1162 nəfərə çatdı

Sonrakı məqalə

Deputat: