“Femida Dialoq Platforması” layihəsi çərçivəsində Ali Məhkəmənin sədri İnam Kərimov Vəkillər Kollegiyasının üzvləri ilə görüşüb.
Görüşdə məhkəmə-hüquq sistemindəki problemlərlə bağlı müzakirə aparılır. Tədbirdə iştirak edən tanınmış vəkil Aslan İsmayılov Azpost.info-ya açıqlamasında layihəni müsbət addım kimi dəyərləndirib. Vəkillər Kollegiyasının üzvlüyünə bərpa olunanda rəhbərlikdən xahiş etmişdim ki, məni tədbirlərə dəvət etməsinlər. Belə bir tədbirin keçiriləcəyini eşidəndə isə özüm iştirak etmək istədim və dəvətə görə minnətdaram. Səmimi atmosferrdə keçən görüş idi. Hər kəs sərbəst şəkildə öz fikirlərini səsləndirdi. Məhkəmə-hüquq sistemindəki nöqsanlar tam çılpaqlığı ilə diqqətə çatdırılıdı. Açığı məndə ümid yaranıb ki, nəhayət, məhkəmə-hüquq sistemində də müsbətə doğru dəyişiklər olacaq”, – deyə vəkil əlavə edib.
Aslan İsmayılov qeyd edib ki, İnam Kərimov Ali Məhkəmənin sədri təyin ediləndən qısa müddət sonra belə bir layihəyə start verməsi artıq məhkəmə-hüquq sistemində islahatların başlayacağını düşünməyə əsas verir: “Şəxsən mənim buna inamım böyükdür. Əvvəla, Ali Məhkəməyə sədr kənardan gətirilib. İnam Kərimovun Asan Xidmətdəki fəaliyyəti də göz önündədir. Asan Xidmət yaradılanda ən çox korrupsiyalaşmış sahələrə ora verildi. Nəticə göz qabağındadır. Bu baxımdan düşünürəm ki, məhkəmə sistemində də belə olacaq və nəhayət, məhkəmələr müstəqilləşəcək. Hər kəsə məlumdur ki, məhkəmələr icra orqanlarından asılı vəziyyətdədir. Məhkəmələr müstəqil yox, İcra Hakimiyyətinin qolu kimi fəaliyyət göstərir. Buna son qoyulmalıdır”.
Hüquqşünas bildirib ki, belə təbdirlərin davamlı olması vacibdir: “İnam Kərimov da bildirdi ki, bu cür tədbirlərin davamı olacaq, özü də tək vəkillərlə yox, digər qurumlarla da görüşlər keçiriləcək. Bu çox müsbət tendensiyadır. Mənim üçün xoş olan o oldu ki, tədbirdə iradlar ittihamedici tonda bildirilmədi. Biz öyərşmişik ki, bu tip tədbirlərdə problemlərin müxakirəsi qalır bir yana tərəflər bir-birini ittiham edir. Amma bu tədbirdə normal müzakirə getdi, tərəflər açıq şəkildə fikirlərini bildirdilər. Bu elə ishalahat üçün ilk addım sayıla bilər. Bundan başqa ilk tədbirin Vəkillər Kollegiyasının üzvləri ilə keçirilməsi də vəkil adına olan hörmət və vəkil nüfuzunun qaldırılmasına xidmət edir.”