Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrların) ixtisas seçimi bu gün başa çatır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

19 avqust saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.

1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.