Ali məktəblərə qəbul üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

Ali təhsilin I-IV ixtisas qrupları üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzi xəbər verir ki, bu gün saat 19:25-ə olan məlumata əsasən 54 233 abituriyent sənəd verib. Onların 48994 nəfəri Azərbaycan, 5239 nəfəri isə rus bölməsi üzrədir.

18 559 nəfər I, 16 240 abituriyent II, 15 327 nəfər III, 4107 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçib.

Qeyd edək ki, 2022-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı isə 1187 nəfərdir.

Əvvəlki məqalə

Paytaxtda 151 avtobusun hərəkət intervalında gecikmələr var

Sonrakı məqalə

Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb