Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb

Buraxılış imtahanlarının qrafiki
Buraxılış imtahanlarının qrafiki

Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 13:00-da başa çatacaq.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər. Elektron ərizəsi təsdiq olunmayan abituriyentlər müsabiqəyə buraxılmırlar.

Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlərin nəzərinə:

“Azərbaycan dili (dövlət dili kimi)” fənni imtahanından “məqbul” ala bilməyən abituriyentlər ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üçün keçirilən müsabiqəyə buraxılmırlar.

“Azərbaycan dili (dövlət dili kimi)” fənni üzrə imtahanın nəticələri iki il qüvvədə olduğundan, 2024 cü ildə bu imtahandan “məqbul” alan abituriyentlər cari ildə bu imtahanda iştirak etmirlər.

Qeyd edək ki, indiyə qədər qeydiyyatdan keçən abituriyentlərin sayı 128073 nəfərdir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.