Ramzan Kadırov AZAL-ın təyyarəsindən danışdı –"Bu, bizim ortaq kədərimizdir"

Bakıda səfərdə olan Çeçenistanın başçısı Ramzan Kadırov AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı başsağlığı verib. 

Azpost.info bildirir ki, o bu barədə Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir. Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, xalqınızı Qarabağ məsələsinin həlli münasibətilə təbrik etmək istərdim. Əminəm ki, bölgədə daim sülh və sabitlik hökm sürəcək”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.