Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“Alimenti ata ödəməlidir deyə bir anlayış yoxdur”

Orkhan Ali 20 İyun 2025 - 14:00 (Last updated: 20 İyun 2025 - 13:59)
Ailə

Ailə

Cəmiyyət olaraq illərdir “qadın və kişi bərabərdir” fikrini təkrar edirik. Amma boşanma, aliment, əmlak bölgüsü kimi həssas məqamlarda bu bərabərliyin necə işlədiyi suallar doğurur. 

Niyə əksər hallarda alimenti kişi ödəyir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, tərəflər arasında nikahın pozulması baş verdiyi anda məhkəmə üç əsas məsələyə aydınlıq gətirir:

“Tərəflərin boşanmasını həyata keçirir (nikahın pozulmasını); Uşağın hansı valideynin yanında qalmasını müəyyən edir; Uşaq kimin yanında qalacaqsa, qarşı tərəf aliment ödəmək məcburiyyətində qalır. Qanun qarşısında hər kəs bərabərdir və eyni zamanda uşaqların ananın himayəsində qalmalıdır, alimenti ata ödəməlidir deyə bir anlayış yoxdur. Çünki bu günləri məhkəmələrdə kifayət qədər təcrübə formalaşıb ki, hər hansı bir səbəblərdən məhkəmə uşağı atanın himayəsinə verə bilir və uşağın saxlanması üçün alimentin tutulmasını ananın üzərinə qoyur və bununla bərabər ananın aliment ödəməsi həyata keçirilmiş olur.

Məsələn iki uşaq olanda uşağın bir atada, biri anada qalır. Atada qalan uşağa görə ananın əmək haqqısından müəyyən bir məbləğdə aliment tutula bilər. Və ya anada qalan uşağa görə atadan aliment tutula bilər. Yaxud da ki, məsələn tərəflər məhkəmədə razılaşa bilərlər ki, bir-birlərinə aliment ödəməyəcəklər. Faktiki olaraq hər kəs onun himayəsinə verilmiş uşağı saxlamaqla mükəlləf olur. Uşağın həm atada, həm də anada qalması məsələsinə gəldikdə isə burada himayə söhbəti var. Himayədə mütləq bir valideynin yanında qalır və qarşı valideyn isə onunla sadəcə görüş hüququ əldə edir”.

517720

Hüquqşünas bildirib ki, Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən qadınla kişinin nikahda olduğu müddət ərzində əldə etdikləri əmlaklar onların ümumi birgə mülkiyyəti hesab olunur:

“Ümumi birgə mülkiyyət prinsipinə əsasən tərəflər arasında nikah pozulması baş verdikdə, birinci növbədə tərəflərin hər birinə məhkəmə əmlak üzərində payı müəyyən edir, daha sonra isə tərəflərin həmin əmlaka dair paylarını rəsmiləşdirirlər. Ümumiyyətlə ər-arvad qanunvericiliklə birgə təsərrüfat idarə etmiş olurlar. Cəmiyyətdə yaranmış yanlış fikirlərdən biri ondan ibarətdir ki, kişi bütün pulu qazanıb, ancaq qadın evdə otura-otura niyə hər şeyə sahiblənir? Amma qadının evdə oturması, uşaqlara baxması, ev işləri ilə məşğul olması da, qadının həmin pulun qazanılmasında xidməti kimi dəyərləndirilir və birgə təsərrüfat idarəetmə anlayışına daxil olur. Ona görə də tərəflər birgə əmlak əldə etdiklərində, hətta avtomobil aldıqda, bank əmanəti yerləşdirdikdə boşanma zamanı paylar müəyyən olunur və həmin paylara görə də tərəflərin əmlakı rəsmiləşdirilir”.

AzPost.az

Post navigation

Previous: Bizi Telegramda izləyin!
Next: İctimai nəzarətlə bağlı layihə çərçivəsində seminar keçirilib –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.