Alman şirkəti Ukraynada tank zavodu tikəcək– CNN

“Leopard” tanklarının istehsalçısı olan “Rheinmetall” şirkəti üç ay ərzində Ukraynada tank zavodu tikəcək.

Azpost.info xəbər verir ki, bu barədə konsernin baş direktoru Armin Papperger CNN-ə bildirib.

Almaniyanın ən böyük müdafiə şirkəti olan “Rheinmetall” eyni zamanda ukraynalı mütəxəssislərə zavodda istehsal olunan tank və digər zirehli maşınlara texniki qulluqla bağlı təlim keçəcək.

Zavodda “Fuks” zirehli transportyorlarının istehsalı və təmiri planlaşdırılır.

“Rheinmetall” konserni bu zavodu Ukraynanın dövlət müdafiə konserni “Ukroboronprom”la birgə idarə edəcək.

Azpost.info

Əvvəlki məqalə

Putin Ukraynanın işğal olunmuş regionlarında sakinlərin kredit borclarını dondurdu

Sonrakı məqalə

Polşada Rusiya üçün casusluq edən şəxs saxlanılıb