Polşada Rusiya üçün casusluq edən şəxs saxlanılıb

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiya kəşfiyyatı üçün işləyən casus şəbəkəsinin daha bir üzvünü saxlayıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mariuş Kaminski bildirib.

Onun sözlərinə görə, şübhəli şəxs hərbi obyektlərdə və dəniz limanlarına müşahidə aparıb və bunun müqabilində sistemli şəkildə ruslardan “mükafat” alıb.

Polşa prokurorluğundan bildiriblər ki, saxlanılan şəxs 2019-cu ildən Polşada yaşayan Ukrayna vətəndaşıdır. O, məhkəməyə qədər həbsdə qalacaq.

Saxlanılan şəxsi 10 ilə qədər həbs gözləyir.

Bu, bir neçə ay əvvəl Rusiya kəşfiyyat şəbəkəsinin fəaliyyətinin ifşası ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 15-ci şəxsdir. Onun iştirakçıları Ukraynaya Qərb silahlarının tədarükünə, o cümlədən gizli kameralar quraşdırmaqla nəzarət etməyə çalışıblar.

Azpost.info

Əvvəlki məqalə

Alman şirkəti Ukraynada tank zavodu tikəcək

Sonrakı məqalə

Bəzi çaylardan daşqın və sel keçəcək