Putin Ukraynanın işğal olunmuş regionlarında sakinlərin kredit borclarını dondurdu

Rusiya prezidenti Vladimir Putin qondarma “LXR”, “DXR” həmçinin Xerson və Zaporojye vilayətlərinin sakinlərinin kredit borclarının dondurulmsını nəzərdə tutan qanun imzalayıb.

Azpost.info xəbər verir ki, qanun 2026-cı il yanvarın 1-dək qüvvədə olacaq.

Söhbət 30 sentyabr 2022-ci il tarixinə qədər banklar və mikromaliyyə təşkilatları qarşısında yaranan borc öhdəliklərindən gedir.

Qadağa fiziki şəxslər arasındakı borclara, mənzil-kommunal xidmətləri göstərən təşkilatlara, habelə fərdi sahibkarlara verilən kreditlərə şamil edilmir.

Azpost.info

Əvvəlki məqalə

Pənah Hüseyn 5 min partiya üzvünün siyahısını nazirliyə təqdim edib

Sonrakı məqalə

Alman şirkəti Ukraynada tank zavodu tikəcək