Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün hər zaman öz töhfəsini verməyə hazırdır.
Bu barədə Almaniya Kansleri Olaf Şolts Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş görüşü ilə bağlı bildirib.
Şolts qeyd edib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bu istiqamətində səylərini dəstəkləyir.
Şolts sülh üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb: “COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin inkişafı etdirilməsi üçün əlverişli imkanlar yaradır”.