Almaniya hakimiyyət orqanları Leninqradın Üçüncü Reyx tərəfindən blokadaya alınmasını soyqırım aktı kimi tanımaqdan imtina edib.
Azpost.info bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Almaniya hakimiyyəti Böyük Vətən Müharibəsi illərində SSRİ-də Üçüncü Reyxin törətdiyi bəşəriyyətə qarşı cinayətləri Sovet İttifaqı xalqlarına qarşı soyqırım aktları kimi rəsmən tanımaqdan inadla imtina edir.
“İlk növbədə, onlar Leninqradın blokadasını belə tanımaqdan imtina edirlər”, – Zaxarova qeyd edib.