Almaniyada hökumət yanında iqtisadi şuranın sədri Monika Şnitser Kiyevə hərbi yardım göstərmək üçün gəlir vergilərinin artırılması təşəbbüsü ilə çıxış edib.
Azpost.info xəbər verir ki, bu barədə “Rheinische Post” yazıb.
O, təklifini belə izah edib ki, Ukraynadakı münaqişə müvafiq tədbirlər tələb edən xüsusi hadisədir.
“Xüsusi hadisələr xüsusi tədbirlər tələb edir. Hərbi yardım üçün gəlir vergisini artırmaqla Ukrayna ilə həmrəylik nümayiş etdirmiş olarıq. Bu həm də məluma çağırışa mümkün cavab ola bilər”.
Azpost.info