Almaniya və Fransa hakimiyyət orqanları Avropanın müdafiə qabiliyyətini gücləndirmək üçün digər tərəfdaşlarla birlikdə uzaqmənzilli silahlar hazırlamaq barədə razılığa gəliblər.
Azpost.info xəbər verir ki, bu barədə Almaniya-Fransa Təhlükəsizlik və Müdafiə Şurasının hər iki ölkə liderlərinin iştirakı ilə keçirilən iclasının yekun sənədində deyilir.
Sənəddə onun hansı silah növü olduğu göstərilməsə də, Almaniya mətbuatı söhbətin uzaqmənzilli raketlərdən getdiyini yazır.
“Fransa və Almaniya öz tərəfdaşları ilə birlikdə uzunmənzilli silahlar sahəsində uzunmüddətli, hərtərəfli və əhatəli əməkdaşlığa başlayacaqlar ki, Avropanın hərbi sənaye bazasının gücləndirilməsi ilə müşayiət olunacaq”, – sənəddə qeyd olunur.
Sənəddə Avropa İttifaqının hərbi-sənaye kompleksinin gücləndirilməsinin zəruriliyi vurğulanır. Xüsusilə, müdafiə istehsalında boşluqlarn bağlanması və digər ölkələrdən asılılığın azaldılması zərurətindən bəhs edilir.
Azpost.info