“Alyaska uğrunda ABŞ-la müharibə qaçılmazdır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, Rusiya 19-cu əsrdə ABŞ-a satılan Alyaskanı geri qaytara bilməyəcək. Yaxşı, belə də olsun. Bizə görə, Alyaska qayıdacaq. İndi müharibə qaçılmazdır”, – Medvedev bildirib.
Bir gün əvvəl ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiya prezidenti Vladimir Putinin Alyaskanı geri ala bilməyəcəyini deyib. Bu sözlərlə o, Putinin guya Alyaskanın ABŞ-a satılmasını qanunsuz adlandıran fərman imzalaması ilə bağlı şayiələrə münasibət bildirib.
Azpost.info