“Badamdarda sürüşmə ərazisində gərginlik qalmaqdadır”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib. O bildirib ki, sürüşmə hələ qərarlaşmayıb: “Hər gün orada monitorinq keçiririk. Hələ ki, ciddi dəyişiklik yoxdur, amma gərginlik qalmaqdadır”.
Onun sözlərinə görə, ərazidə bərpa işləri görmək olmaz: “Qərarlaşma olmayana qədər bərpa işləri görmək mümkün deyil”.
