“Amerikalılar ruslara deyiblər ki, nüvə bombasından istifadə etsəniz…”- Polşa XİN başçısı

“Vladimir Putin nüvə silahından istifadə etmək qərarına gələrsə, NATO Ukraynadakı bütün Rusiya hərbi obyektlərini vuracaq”.

Azpost.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski “The Guardian”a müsahibəsində bildirib.

Eyni zamanda, o, Rusiyanın mümkün nüvə zərbəsinin nəticələri barədə ABŞ tərəfindən xəbərdar edildiyini qeyd edib.

“Amerikalılar ruslara deyiblər ki, əgər siz nüvə bombasından istifadə etsəniz, heç kim həlak olmasa belə, biz sizin Ukraynadakı bütün hədəflərinizi adi silahlarla vuracağıq, hamısını məhv edəcəyik”, – XİN başçısı bildirib.

Sikorskinin sözlərinə görə, ABŞ-dan gələn xəbərdarlıqlar boş söz deyil. Nazir həmçinin xatırladıb ki, Çin və Hindistan da Rusiyaya nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq ediblər: “Bu uşaq oyunu deyil. Çünki nüvə silahından istifadə ilə bağlı tabu, eləcə də sərhədlərin zorla dəyişdirilməsi qadağası pozulsa, Çin bilir ki, Yaponiya və Koreya nüvə silahına əl atacaq”.

Azpost.info

Əvvəlki məqalə

Zaxarova Stoltenberqin Rusiya ərazisinə zərbələr endirmək çağırışını şərh edib

Sonrakı məqalə

Naxçıvana dolu düşüb