Amitabh Baççan Ronaldo ilə birlikdə –PSJ ilə oyunun açılışını edib /FOTOLAR

Məşhur hind kino aktyoru Amitabh Baççan Səudiyyə Ərəbistanında “Əl-Hilal” və “Əl-Nəsr” komandalarından ibarət birgə kollektivi ilə PSJ arasında özəl oyunun açılışını edib.

Azpost.info bildirir ki, məşhur aktyor bu barədə paylaşım edib.

“Əl-Riyadda bir axşam “. Necə gözəl axşam idi. Kriştiano Ronaldo, Lionel Messi, Mbabe, Neymar hamısı bir yerdə oynayır. Oyunun açılışını etmək üçün dəvət olunmuş qonaq. PSJ vs Riyad mövsümləri … İnanılmaz !!!”-deyə  A.Baççan vurğulayıb.

Bu matçda Kriştianu Ronaldo Ərəbistanda debüt edib. O, debüt matçında bəlkə də sonuncu dəfə Lionel Messiyə rəqib olub.

Bu görüşdə daha güclü olan Fransa təmsilçisi 5:4 qalib gəlib. Oyunda 9 qoldan başqa, 1 qırmızı vərəqə, 3 penalti (birini Neymar vura bilməyib) də qeydə alınıb.

Matçdan sonra biri penaltidən olmaqla, dubl etmiş Kriştianu Ronaldoya “Matçın ən yaxşısı” mükafatı verilib. Həmçinin, komandalara medallar və qalib PSJ-yə xüsusi kubok təqdim olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.