ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb –Ayağı amputasiya olunub

Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Agentlikdən verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib. Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır.

Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çox saylı qəlpə yarası alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu il tarixdən imtahana Vətən müharibəsinə aid mövzular da daxil ediləcək” –

Sonrakı məqalə

“Ermənistandan konstruktiv addımlar gözləyirik”