15 yanvar 2022-ci ilə qədər Ermənistanda erməni-türk münasibətlərini normallaşdırmaq üçün işçi qrup yaradılacaq. Daha bir işçi qrup isə Paşinyanla birbaşa əlaqədə olacaq.
Azpost.info bildirir ki, bu barədə Habertürk məlumat yayıb.
“Ermənistan və Türkiyə arasında yol xəritəsi 3 mərhələdən ibarət olacaq. İlk olaraq çarter reysləri açılacaq. Danışıqlarda əsas məsələ Türkiyə-Naxçıvan-Azərbaycan dəhlizinin açılmasıdır. Ankara istəyir ki, bu dəhliz may-iyun ayları üçün açılsın. Üçüncü mərhələdə iqtisadi əlaqələr başlanacaq. Bu mərhələ iyulda başlanacaq”-deyə Habertürk bildirib.