Ankara və Moskva Suriyada BMT-nin tanıdığı bütün terrorçu qrupları məhv etməyə razılaşıb

Ankara və Moskva Suriyadakı BMT Təhlükəsizlik Şurasının tanıdığı bütün terrorçu qrupların məhv edilməsi əzmində olduqlarını ifadə ediblər.

Bu barədə bu gün Kremldə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasındakı danışqların yekunu ilə bağlı imzalanan sənəddə bildirilib.

Qeyd olunub ki, mülki əhaliyə və infrastruktura qarşı təhdidlərə hansısa bəhanə ilə haqq qazandırılmamalıdır: “Rusiya və Türkiyə Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqdirlər. Suriya münaqişəsinin hərbi həlli mövcud deyil və bu münaqişə suriyalıların özlərinin həyata keçirdiyi BMT TŞ-nin 2254 saylı qətnaməsinə müvafiq olaraq siyasi proses nəticəsində nizamlanmalıdır.

Rusiya və Türkiyə humanitar vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasının, mülki şəxslərin qorunmasının və ehtiyacı olan bütün suriyalılara humanitar yardım göstərilməsinin vacibliyinə əmindirlər. Tərəflər “insanların məcburi köçürülməsinin” qarşısının alınmasının və “qaçqınların və məcburi köçkünlərin Suriyadakı yaşayış yerlərinə təhlükəsiz və könüllü qayıtmalarının təşviq edilməsinin” tərəfdarıdırlar.

“Rusiya və Türkiyə martın 15-dən etibarən Suriyada M4 yolunda, Trumba yaşayış məntəqəsindən Ayn ək-Xabr yaşayış məntəqəsinə kimi birgə patrul xidmətinə başlayacaqlar”, – deyə sənəddə qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik” –

Sonrakı məqalə

Ərdoğan Moskvanı tərk etdi