“Antalyaspor”un yəhudi futbolçusu Türkiyədən qovuldu

“Antalyaspor”un İsrail ordusuna dəstəyini bildirən yəhudi əsilli futbolçusu Saqiv Yehezkel Türkiyədən xaric edilib.

Türkiyə daxili işlər naziri Ali Yerlikaya bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, futbolçu yerli vaxtla saat 17:15-də ölkəni tərk edib:

“Bir daha qeyd etmək istərdim ki, Türkiyə hər zaman bütün məzlumların və Fələstin xalqının yanındadır”, – o qeyd edib.

Yanvarın 14-də keçirilən oyunda qola imza atan israilli futbolçu bunu Qəzzada 101 gündür ki, HAMAS tərəfindən saxlanılan israilli girovlara həsr etdiyini bildirib.

Buna cavab olaraq futbolçu Antalyada saxlanılıb və istintaqa cəlb edilib.

Əvvəlki məqalə

Belarus hərbçiləri təlim keçmək üçün Rusiyaya yollandılar

Sonrakı məqalə

Jurnalist Şahin Rzayev həbs edilib