Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Aprel ayının bu tarixlərində küçəyə çıxmaq olmaz

Orkhan Ali 03 Aprel 2025 - 21:11 (Last updated: 21 May 2025 - 20:15)
Bakı

Bakı

Aprel ayı geomaqnit aktivliyinin artması ilə müşayiət olunacaq. Astronomlar və meteoroloqlar ay ərzində bir neçə güclü maqnit qasırğasının baş verəcəyini bildirirlər. Xüsusilə, bəzi günlərdə bu təsirin 5 ballıq şkala üzrə yüksək səviyyəyə çatacağı gözlənilir.

Yenisabah.az xəbər verir ki, mütəxəssislərin proqnozuna əsasən, aprel ayında aşağıdakı tarixlərdə maqnit qasırğalarının güclü təsiri müşahidə ediləcək:

Aprelin 5-də – G3 kateqoriyalı (orta güclü) maqnit qasırğası gözlənilir. Bu cür qasırğalar rabitə sistemlərinə, elektrik şəbəkələrinə təsir edə bilər və meteohəssas insanlarda narahatlıq yarada bilər.

Aprelin 8-10-da – 5 ballıq geomaqnit aktivliyi qeydə alınacaq. Bu, xüsusilə yaşlılar və xroniki xəstəliyi olanlar üçün risk yarada bilər.

Aprelin 21-22-də – 4 və 5 ballıq maqnit qasırğaları gözlənilir. Aprelin 22-si yenidən güclü maqnit fırtınası baş verəcək ki, bu da bəzi insanlarda yuxusuzluq və baş ağrısı kimi simptomlarla müşayiət oluna bilər.

Maqnit qasırğaları xüsusilə meteohəssas insanlar üçün müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər. Bu dövrdə bəzi insanlarda baş ağrısı, halsızlıq, yuxusuzluq, diqqət dağınıqlığı və qan təzyiqində dəyişikliklər müşahidə edilə bilər. Ürək-damar problemləri olan şəxslər üçün risk daha yüksək ola bilər.

Maqnit qasırğalarının təsirini azaltmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək məsləhət görülür:

Fiziki və emosional yüklənmədən qaçın.

Qidalanmaya diqqət yetirin – yağlı və duzlu qidalardan uzaq durun.

Yetərli miqdarda maye, xüsusilə bitki çayları qəbul edin.

Kifayət qədər istirahət edin, yuxu rejiminə əməl edin.

Açıq havada gəzintilər edin və stresdən uzaq durmağa çalışın.

Bu tədbirlər maqnit qasırğalarının mənfi təsirlərini minimuma endirməyə kömək edəcək. Xüsusilə, sağlamlıq problemləri olan şəxslər bu dövrdə özlərinə daha çox diqqət ayırmalıdırlar.

Post navigation

Previous: Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər
Next: Süleyman Süleymanlı Baş Prokurorluğa çağırılıb

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Tarixdə elə siyasətçilər var ki, onların karyerası böyük uğurlarla yadda qalır, lakin illər sonra üzə çıxan sənədlər...
Read more about BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.