Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Sakinləri aldadıb, binanın həyətində restoran tikdilər

Orkhan Ali 03 Aprel 2025 - 20:23 (Last updated: 21 May 2025 - 20:15)
Ev

Ev

Yasamal rayonu, Zahid Xəlilov küçəsi 52 ünvanında yaşayan sakinlər 10 ildir ki, sakit həyata həsrət qalıblar. Bir neçə binanın düz ortasında yerləşən ikimərtəbəli “Zəfəran-Otdıx” restoranı onların həyatını kabusuna çevrilib.  Restoran həm də PUB kimi fəaliyyət göstərdiyindən axşam saatlarında  əyləncə məclisləri start götürür, musiqinin səsindən, spirtli içki qəbul edən müştərilərin səs-küyündən, davranışlarından məhəllə sakinlər rahat yaşaya bilmirlər.  Vəziyyət o həddə çatıb ki, insanlar evdə nəinki istirahət edə bilmir, hətta bir-birini eşidə bilmirlər. 

Bu barədə “Sitat.info”ya danışan sakinlər qeyd ediblər ki, məhəllədə bu obyekt tikilən zaman onları aldadıblar: “Buranın restoran olacağı bizə demədilər. Etirazlar olmasın deyə, bank kimi fəaliyyət göstərəcəyini deyib bizi aldatdılar. Sonradan restoran kimi fəaliyyətə başladı. Təsəvvür edin ki, evdə ağız deyəni qulaq eşitmir. Neçə dəfə özlərinə də demişik, polisə müraciət etmişik. Həmin vaxt bura “Kabab House” idi , polislər gələndən sonra yığışdırdılar. Sonra “Zəfəran”nın köhnə sahibləri qayıtdı, indi “Zəfəran Otdıx” adı altında fəaliyyət göstərirlər. Yenə eyni hal baş verir. Təkcə musiqinin yüksək səslə verilməsi deyil, restoranın kabinetlərində gecıyarısına kimi içki məclisləri davam  edir, yeyib-içirlər, yüksək səslə danışıb-gülürlər, evdə uşaqlar, xəstələr yata bilmir. Üstəgəl restoranın ikinci mərtəbəsindən düz evimizin içərisi görünür, pəncərəni aça bilmirik. Bu qədər özbaşınalıq olmaz…”.

Qeyd edək ki, problem təkcə yaşayış binasının həyətində PUB-un fəaliyyət göstərməsinin mental dəyərlərimizə zidd olması və ya yüksək səslə verilən musiqinin insanların rahatlığını pozması deyil. Burada həm də tikinti normaları pozulub. Restoranın bir neçə binanın məhəlləsini zəbt edib, insanların istirahət hüququnu əlindən alıb. Eləcə də təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Məsafə o qədər yaxındır ki, restoranda baş verə biləcək yanğın bütün bu binaları, yüzlərlə ailəni təhlükə altında qoyur. Eyni zamanda yanğınsöndürən maşınların həyətə girişi üçün də problem yaradır.

Hazırki vəziyyəti təqdim etdiyimiz videodan da izləyə bilərsiniz.

Post navigation

Previous: Azərbaycanda pensiyaçılara yeni güzəştlər olacaq?
Next: Aprel ayının bu tarixlərində küçəyə çıxmaq olmaz

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
Rusiyanın Türkiyəyə boru kəmərləri ilə nəql etdiyi təbii qazın həcmi payız aylarında nəzərəçarpacaq dərəcədə artıb. Bu barədə...
Read more about Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.