Parlament seçkilərinin bir neçə deputatlığa iddialının eyni dairədən namizədliyini irəli sürməsi səbəbindən gərgin və maraqlı keçəcəyi məlumdur.
35 saylı III Xətai seçki dairəsində də belə olacağı çübhəsizdir. İndiyədək Ümid Partiyasının sədri İqbal Ağazadə və “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bu dairədən namizədliklərini irəli sürüblər.
Bundan əvvəlki seçkilərdə isə həmin dairədən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deputat mandatı qazanmışdı. Bir müddət əvvəl xəstələndiyindən onun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi məlum deyildi.
Keçmiş deputat bununla bağlı Lent.az -a açıqlama verib.
O, npvbədənkənar parlament seçkilərində iştirak etməyəcəyini bildirib:
“Seçkilərə qatılmayacağam, çünki səhhətimlə bağlı yaranan problem buna imkan vermir”.