Argentina və Braziliya DÇ-2026-nın seçmə oyunlarında məğlub olub

Argentina və Braziliya milli futbol komandaları 2026-cı il dünya çempionatının seçmə mərhələsinin növbəti oyunlarında məğlub olublar.

Azpost.info bildirir ki, Argentina yığması dörd qələbə qazansa da, öz meydanında Uruqvaya uduzub. İlk hissənin sonunda qonaqlar Ronald Araujonun səyi ilə hesabı açıb, ikinci hissədə isə Darvin Nunes daha bir qola imza atıb.

Braziliya millisi kolumbiyalılarla öz meydanında oynayıb. Dördüncü dəqiqədə Qabriel Martinelli braziliyalıları hesabda irəli çıxarsa da, ikinci hissədə Luis Diaz hesabı bərabərləşdirib. İki dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib – 2:1.

Ümumilikdə, Argentina 12 xalla turnir cədvəlinə başçılıq edir, Uruqvay 10 xal, Braziliya 7 xal (beşinci yer) var.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.