Arif Hacılının rəqibləri iddialarını açıqladılar –

Tofiq Yaqublu başqanlığa namizəd olacaq
16 Sentyabr 2019 - 18:58

Tofiq Yaqublu Müsavat başqanlığına namizədliyini irəli sürüb.

Bu barədə Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun özü məlumat verib. O bildirib ki, Müsavat başqanlığına namizəd olacaq: “Məndən başqa, hazırkı başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olacaqlarını bildiriblər”.

  1. Sadıqlı da bildirib ki, Müsavat başqanlığına namizəliyini irəli sürəcək.  Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub. (APA)