Arif Rəhimzadə YAP-ın siyahısına salınmadı –

"Hər şeyin əvvəli və sonu var, namizədliyimi verməyəcəyəm"
27 Dekabr 2019 - 12:55

Hər şeyin əvvəli və sonu var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

O bildirib ki, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

“Hər şeyin əvvəli və sonu var. Namizədliyimi irəli sürməyəcəm”, – deyə A. Rəhimzadə vurğulayıb.