Armen Qriqoryan Blinkenin müşaviri ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Qafqaz üzrə danışıqlarda baş müşaviri Lui Bononla görüşüb.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər, danışıqlar prosesi çərçivəsində baş verən son hadisələrə və uzunmüddətli sülhün bərqərar olması perspektivlərinə toxunublar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.