Britaniyalı kinorejissor Edqar Rayt daha əvvəl lentə alınmış “Qaçan adam” filminin süjetləri əsasında yeni ekran işini ortaya çıxartmağa hazırlaşır.
Azpost.info bildirir ki, “Cinema” nəşrinin verdiyi xəbərə görə bu yeni film 2025-ci ilin noyabrında işıq üzü görəcək.
Aktyor Qlen Pauell isə məhşur amerikalı yazıçı Stiven Kinqin eyni adlı romanının motivlərinə uyğunlaşdırılmış filmdə baş rolu oynayacaq.
Hollivudun tanınan “Paramount Pictures” kino şirkəti artıq Stiven Kinqin romanının ekranlaşdırılacağı yeni film adaptasiyası olan, rejissor Edqar Raytın “Qaçan adam: Skott Pilqrim dünyaya qarşı” adlandırılan bu ekran əsərinin ilk nümayiş tarixinin də vaxtını müəyyən edib. Yeni filmin 2025-ci ildə, noyabr ayının 21-də ekrana çıxacağı bildirilir.
Hollivud ulduzu Arnold Şvartseneqqerin baş rolu ifa etdiyi əvvəlki kino versiyada, 1987-ci ildə ekranlara çıxmış filmdən çox fərqli olacaq bu yeni ekran əsərində daha ehtiyatlı davranmağa qərar verən rejissor bildirib ki, Kinqin romanında olduğu kimi ssenaridə də orijinal mətnə müdaxilələr olmayacaq.
“Məhəbbət qan içindədir” adlı kriminal trillerinin ulduzu Keti OBrayen də filmin heyətinə qatılıb.
“Qaçan adam” filminin süjet xətti 2025-ci ildə baş vermiş dramatik vəziyyətlərdən, fantastik hadisələrdən, eləcə də Amerika Birləşmiş Ştatlarının totalitar distopiyaya malik olduğu bir dünyadan bəhs edir. Baş qəhrəman qızının müalicəsindən ötrü pul qazanmaq üçün televiziyada sağ qalmaq şousunda iştirak etməli olur.
Kino ulduzu Arnold Şvartseneqqerin baş rolda çəkildiyi ilk filmin müəllifin əsərinə uyğunlaşdırılması amerikalı tamaşaçılar tərəfindən elə də müsbət qarşılanmadı. Baxış sayında reytinq olsa da tamaşaçılar kitaba aid olmayan çoxsaylı fərqləri sərt tənqid etdilər. Tamaşaçıların əksəriyyəti bu filmin gözlənildiyinin tam əksi olaraq uğurlu alınmadığını qeyd etsələr də lakin aktyor Arnold Şvartseneqqerin uğursuz olmadığını bildirmişdilər. Bütün bunlara baxmayaraq, bəzi tamaşaçılar həmin filmi fantastika janrının klassiki hesab edirlər.
Yeni ekranlara çıxacaq və amerikalı yazıçı Stiven Kinqin romanı əsasında çəkilməsi nəzərdə tutulmuş “Qaçan adam” filminin istehsalı hələ 2021-ci ildən məlum idi. O zaman müəlliflər həmin dövrdə aparılan müzakirələrdə filmin ssenarisinin orijinala yaxınlaşdırmaq üçün səy göstərdiklərini xüsusi vurğulamaqla kino tamaşaçılarının bu filmə baxıb razı qalacaqlarına ümidlə inandıqlarını qeyd ediblər.
Oqtay Qorçu