Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında Moldovanın Baş naziri Dorin Reçanı sirli məxluq adlandırıb və bu ölkənin əslində mövcud olmadığını bildirib.
Azpost.info xəbər verir ki, Medvedev Reçanın Rusiya prezidenti Vladimir Putin və Rusiya rəsmilərini ölkəyə buraxmamaq niyyətinə belə reaksiya verib.
“Reçan adlı sirli məxluq bildirib ki, nə Rusiya prezidenti, nə də Rusiya rəsmiləri onun ölkəsinə – Moldovaya daxil ola biləcəklər. Birincisi, indi heç kim ora getmir. Bəlkə sonra… İkincisi, artıq belə bir ölkə yoxdur”, – Medvdev yazıb.
Azpost.info