Arvadını öldürən məhkəmə hakiminin cəzası azaldılıb

Bakıda arvadını öldürməkdə təqsirləndirilən sabiq məhkəmə hakimi Fəqan Əhmədovun apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Fəqan Əhmədovun həbs müddəti 10 ildən 7 ilə endirilib.

Məlumatı təqsirləndirilən şəxsin vəkili Bəylər Məmişov APA-ya təsdiq edib.

Vəkil bildirib ki, məhkəmə qərar qəbul edərkən müdafiə etdiyi şəxsin hadisəni ehtiyatsızlıqdan törətməsini, üç azyaşlı övladının olmasını və zərərçəkmiş tərəfin şikayətçi olmamasını yumşaldıcı hal kimi qəbul edib.

Bu əsaslarla Fəqan Əhmədov barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq həbs müddəti 3 il azaldılıb.

Əvvəlki məqalə

“Fransa ilə siyasi münasibətlərimiz normallaşıb” –

Sonrakı məqalə

İlham Əliyev sülhməramlıların nə qədər qalacağı ilə bağlı vaxt çərçivəsini xatırlatdı