Asim Mollazadənin deputatlığa namizədliyi qeydə alındı

Parlamentdə təmsil olunan daha bir partiya sədrinin-Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadənin namizədliyi qeydə alınıb.
Bu haqda DİP-in Mətbuat Xidmətinin rəhbəri Ulkər Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, millət vəkilinin deputatlığa namizədliyi bu gün 22 saylı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb. Qeyd edək ki, A. Mollazadə növbəti dəfə təmsilçisi olduğu dairədən-22 saylı Nəsimi ikinci seçki dairəsindən seçkilərə qatılıb. Onu da qeyd edək ki, A. Mollazadə 2005-ci ildən, 3-cü çağırışdan bu yana həmin dairəni parlamentdə təmsil edir.
A. Mollazadə indiyə kimi 4 dəfə millət vəkili seçilib.
O, 2000-ci ildə proporsionaldan (partiya siyahısından), 2005, 2010, 215-ci illərdə isə majoritardan parlamentə üzv seçilib. Asim Mollazadə MM-in Elm və təhsil, həmçinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyası (YAP) isə həmin dairədən Hüseynov Sərraf Balaxan oğlunun namizədliyini verib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Süleymaninin cənazəsi imam Rzanın məqbərəsinə gətirilib-

Sonrakı məqalə

Milyonçu olmaq üçün yüksək təhsil  vacibdirmi? –