AŞPA seçkiləri izləmək üçün Azərbaycana 30 müşahidəçi göndərəcək - Nə vaxt gələcəklər?
Avropa Şurası Parlament Assambleyası (AŞPA) seçkiləri müşahidə etmək üçün Azərbaycana 30 müşahidəçidən ibarət nümayəndə heyəti göndərəcək.
Bu barədə APA-nın sorğusuna cavab olaraq AŞPA-dan bildirilib.
Məlumata görə, Assambleya fevral ayında Azərbaycan üzrə iki həmməruzəçi ilə birlikdə AŞPA-dakı bütün beş siyasi qrupu təmsil edən 30 üzvdən ibarət müşahidə heyətini Azərbaycana göndərəcək. Nümayəndə heyəti fevralın 7-dən 10-dək Azərbaycanda səfərdə olacaq.
Növbəti xəbər yüklənir...