Astaraçay üzərində körpünün təməlqoyma mərasimi keçirilib –FOTO

Bu gün Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin və İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.

Sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçirilib, layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirusun yeni ştamına yoluxanların sayı artır” –

Sonrakı məqalə

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb