Astarada 22 yaşlı qazi nişanlısını niyə bıçaqlayıb? –TƏFƏRRÜATLAR

Astarada baş verən bıçaqlanma hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisəni törədən 22 yaşlı Mirisaq Mirtalıbovun Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Döyüşlər zamanı onun yaralandığı və barotravma (kantuja) aldığı deyilir.

Onun xəstəliyini bilən qız tərəfi nişanı bir neçə dəfə qaytarmaq istəyib. Gənc oğlan axşam saatlarında qızın valideyinlərinin evdə olmadığından istifadə edərək onlara gedib.

Aralarında yaranan mübahisə nəticəsində əvvəlcə nişanlısını döyüb, sonra onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Xəsarət alan Səbinə Qənbərova xəstəxanada əməliyyat olunur. (APA)

Əvvəlki məqalə

Bakıda mənzildə tapılan 4 meyitdən biri 5 gün əvvəl itkin düşmüş məktəblidir

Sonrakı məqalə

Ukrayna atəşkəsə əməl etməyəcəyini bəyan edib