Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.
Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.
Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.