Astarada qadın sürdüyü avtomobillə 3 maşını vurdu, bir piyadanı öldürdü

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində ağır yol qəzası baş erib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Vəfa Rasim qızı İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə digər 3 avtomobili vurub. Daha sonra V.İbadovanın sürdüyü avtomobil yol kənarında piyada hərəkət edən 1969-cu il təvəllüdlü Arifə Quliyevaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. (Qafqazinfo)

Əvvəlki məqalə

“Rusiya Kiyevin şərtləri ilə danışıqlar aparmayacaq”

Sonrakı məqalə

Oqtay Şirəliyevin oğlu istefa verib