Astarada qadın sürdüyü avtomobillə 3 maşını vurdu, bir piyadanı öldürdü

Dekabrın 25-də saat 19 radələrində Astara rayonunun Pensər kəndi ərazisində ağır yol qəzası baş erib.

Rayon sakini, 1998-ci il təvəllüdlü Vəfa Rasim qızı İbadova idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobillə digər 3 avtomobili vurub. Daha sonra V.İbadovanın sürdüyü avtomobil yol kənarında piyada hərəkət edən 1969-cu il təvəllüdlü Arifə Quliyevaya çırpılıb.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. (Qafqazinfo)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.