Astarada “tükdən asılı” qalan, dayaqları çürüyən körpü niyə təmir olunmur? –FOTO

Xaçmazda dünən körpünün uçması sosial şəbəkədə digər yerlərdə də belə qəzalı vəzliyyətdə olan yol qovşaqları barədə paylaşımları gündəmə gətirib. 

Azpost.info bildirir ki, bu şəkillərdə qəzalı vəziyyətdə olan körpü Astarada yerləşir. Fotoları sosial şəbəkə istifadəçiləri paylaşıb.

Astara rayonunun ən böyük kəndlərindən olan və 7 mindən çox əhalinin gündəlik istifadə etdiyi Şiyəkəran kəndinin mərkəzində olan körpü bu vəziyyətdədir. Dayaq sütunları çürüyən körpü demək olar ki, sıradan çıxıb. Bu vəziyyə hər an təhlükə doğura, körpü Xaçmazada olduğu kimi uça bilər. Sakinlər illərdir şikayət etsələr də nəticə yoxdur.

Körpünün uçmasını gözləyirlər?

Azpost.info 

Əvvəlki məqalə

Səkkiz ayda ölkədə əhalinin gəlirləri 44 milyard manat olub

Sonrakı məqalə

40 ton un karvanı 19 gündür Ağdam-Xankəndi yolunda gözləyir