“Atəşkəsi Azərbaycanın pozması barədə yayılan məlumatlar yalandır” –-RƏSMİ

“Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır”.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”,- deyə nazirliyin yaydığı məlumatda qeyd olunub.

Əvvəlki məqalə

Naxçıvan MTN-in sabiq rəhbəri həbsxanadan buraxılıb

Sonrakı məqalə

“ABŞ-ın fəallığı sülh prosesinin son mərhələyə qədəm qoymasından xəbər verir” –