“Ata, məni də gözlə!” –İnsanları ağladan "müharibənin şəkli" necə çəkilib? /FOTOXRONİKA

Bu şəkil zamanında bütün dünyada məşhur idi. “Life” jurnalı fotonu öz səhifəsində iri planda vermişdi. İkinci Dünya müharibəsi zamanı o, məktəblərin divarından asılırdı.

Azpost.info “FOTOXRONİKA” rubrikasında “Ata, məni də gözlə!” fotosunu təqdim edir. Şəkil fotoqraf Klod Dettloff tərəfindən 1 oktyabr 1940-cı ildə Kanadada çəkilib.

Fotoda 5 yaşlı Uorren Bernard və onun valideynləri Bernice və Cek Bernard əks olunub. Beş yaşlı Uorren Bernard yaxınlıqdakı “General Volf” adına ibtidai məktəbin birinci sinifində oxuyurdu.

Atasının əsgər olduğu alay müharibə bölgəsinə yola düşmək üçün şəhər küçəsi ilə onları gözləyən qatara doğru gedir. Bu mərasimi lentə almaq üçün yerli qəzetin fotoqrafı Klod Dettloff mövqe tutur. Bu zaman bir uşağın qaçaraq yola çıxdığını görür. Ananın uzadılmış əli, oğlanın qaçışı və atanın çevrilərək təbəssümlə oğluna baxması, arxadan gələn uzun hərbçi karvanı -bunların hamısı bir yerdə fotonun yaddaşına köçür. Lettlfod planlaşdırılmamış kompoziyasının şah əsərini çəkir.

Dettlofun “Məni gözlə, ata” fotosu bütün dünyada yayımlanırdı.

Foto böyük rezonans doğurur. Müharibə ilə bağlı kütləvi kampaniyalarda istifadə olunur.

Oğlanın atasının xidmət etdiyi alay 1941-ci ildən 1945-ci ilə qədər döyüşdə olub. 1942-ci ilin avqustunda alayın əsas hissəsi İngiltərəyə aparılıb. 1944-cü il iyulun 23-də “Totalization” əməliyyatında iştirak edib. Müttəfiqlər Fransada yerləşən alman ordu qruplarını məğlub etdikdən sonra, alay geri çəkilən almanları Hollandiyaya qədər təqib edib.  Orada alay Hollandiya və Şimali Almaniyada bir sıra əməliyyatlarda iştirak edib.

Alayın iştirak etdiyi sonuncu döyüş 1945-ci il aprelin 17-də Kusten kanalını keçərkən baş verir. Bir ay sonra, 5 may 1945-ci ildə Avropada Qələbə Günü  elan edilir.

Bütün müharibə dövründə alayda 122 zabit və əsgər həlak olub, 213 nəfər yaralanıb.

Uorrenin atası müharibədə sağ  qalıb  və 1945-ci ilin oktyabrında evə qayıdıb.

Balaca Uorren müharibənin daha bir zərbəsini evdə alır: Cek və Bernice Bernard boşanır.

Uorren böyüdükdən sonra Tofinoya köçür. 1964-cü ildə həyat yoldaşı Rubi ilə tanış olur və evlənir.

Rubi söhbətində deyib ki, əslində gələcək həyat yoldaşını uzun illərdir tanıyıb. “Uorrennin şəkili müharibə zamanı Britaniya Kolumbiyasındakı hər məktəbdə asılırdı. Mən onu tanışlıqdan illər əvvəl görmüşdüm”.

Uorren siyasətə qoşulmazdan əvvəl kiçik gəmi ilə avadanlıq və benzin satıb.

Daha sönra bələdiyyədə məclis üzvü olana qədər bir neçə il mayor vəzifəsində çalışıb. Hazırda təqaüddədir. lakin oğlu Stiven Bernard hələ də ailə gəmisini idarə edir.

Populyar fotonun şərəfinə Nyu Vestminster şəhərində, Hyak meydanında 8-ci küçənin sonunda bürünc heykəl ucaldılıb.  Şəhər rəhbərliyi heykəlin açılışını 2014-cü il oktyabrın 4-də edib. Tədbirdə Kanada Kral Sikkəxanası təsvirə uyğunlaşdırılmış səhnə ilə üç sikkə seriyasının çap olunacağını elan edib: 2 dollar, 3 dollar nominalında…

Kanada poçtu həmçinin simvolik təsviri əks etdirən marka buraxıb.

Azpost.info

 

FOTO: Balaca Uorren müharibədən sağ qayıdan atası ilə. Oktyabr. 1945-ci il. 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.